Yaşıllıqların daha da genişləndirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, mövcud yaşıllıqlara qulluq göstərilməsi və yeni ağaclar əkilməsi sahəsində Nizami rayonunda ardıcıl tədbirlər həyata keçirilir.
Rayon icra hakimiyyətindən Biosfer.az-a verilən məlumata görə, Novruz bayramı günlərində də həmin tədbirlər davam etdirilib.
Rayondakı K.Balakişiyev və Ə.Vəliyev küçələrində yerləşən binaların qarşısında və yolboyu mövcud yaşıllıq sahəsində iməcilik keçirilib. İməcilik zamanı mövcud yaşıllıqlara aqrotexniki qulluq edilib, dibləri bellənib, ərazidə abadlıq işləri aparılıb və həmin ünvanlarda 400 ağac əkilib.