Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Ucarda vətəndaşları qəbul edəcək.
Nazirlikdən Biosfer.az-a verilən məlumata görə qəbul 30 mart 2018-ci il tarixində saat 10:00-da Ucar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Kürdəmir şəhəri, 17 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi (ünvan: Heydər Əliyev prospekti 20) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-731-47-37, 051-458-73-73, 012-585-06-56) xahiş olunur.