150-dən çox qara delfin özünü sahilə atdı

Google+ Pinterest LinkedIn Tumblr +

Avstraliyanın cənub-qərbində yerləşən Hemelin körfəzində (Oqasta şəhərinin təqribən 10 kilometrliyində) 150-dən çox qrinda-delfin (qara delfin) özünü sahilə atıb.

Biosfer.az xəbər verir ki, bu barədə məlumatı ABS telekanalı yayıb. Heyvanların təqribən yarısı tələf olub. Ətrafdakı yaşayış məntəqələrinin sakinləri salamat qalmış qrindaların okeanın dərinliyinə baş vurmasına kömək edib.

Qərbi Avstraliya ştatının təbiəti mühafizə xidmətinin nümayəndəsi Ceremi Çik deyib: “Ümidvarıq ki, sağ qalmış qrindalar yaşamaq əzmini qoruyub saxlaya biləcək. Ümidvarıq ki, onları okeana qaytarmaq istəyəndə küləkli və yağışlı hava bizə kömək edəcək”.

Fəlakət zonasında olan balıqçı gəmilərinin heyətləri bildiriblər ki, körfəzin yaxınlığında akulaların toplaşdığını müşahidə ediblər.

Paylaş