Bu gün Xəzər dənizində 3,3 maqnitudasında zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Biosfer.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla 15:52-də Astaradan 12 km şimal-şərqdə, Xəzər dənizində qeydə alınıb.
Zəlzələnin ocağı 30 km dərinliyində olub.