“FlightAware” saytının məlumatına görə, ABŞ-ın şimal-şərqində qar tufanı ilə əlaqədar aviareyslər ləğv edilib.
Biosfer.az “RİA Novosti”yə istinadla xəbər verir ki, ABŞ-da əlverişsiz hava şəraiti səbəbindən 4,3 mindən çox aviareys ləğv edilib.
“CNN” telekanalının yaydığı məlumata görə, Nyu-York, Filadelfiya və Vaşinqtonda məktəblər bağlanıb. ABŞ-ın şimal-şərqində güclü qar yağır və külək əsir.
Bu, son üç həftə ərzində dördüncü qar tufanıdır. Sinoptiklərin proqnozuna görə, Nyu-Yorkda, Baltimorda və Virginiya ştatının bir neçə bölgəsində qarın hündürlüyünün 30 santimetrə çatacağı gözlənilir.