Güclü külək rayonlarda elektrik naqillərini qırdı, evlərin damı uçdu

Google+ Pinterest LinkedIn Tumblr +

Bu gün güclü külək Azərbaycanın rayonlarında ciddi fəsadlara yol açıb.

Biosfer.az APA-ya istinadən xəbər verir ki, güclü külək Ucar rayonunda elektrik naqillərinin qırılmasına, elektrik dirəklərinin aşmasına səbəb olub.

Bu səbəbdən günorta saatlarından rayonun bir çox yaşayış məntəqələrinin enerji təchizatında problem yaranıb. Ucar rayon Paylayıcı Elektrik Şəbəkəsindən bildirilib ki, təmir briqadaları aşan dirəklərin və qırılan naqillərin bərpa edilməsi istiqamətində işlər görür.

Güclü külək Ağdam və Bərdə rayonlarında ciddi fəsadlara səbəb olub. Ağdamın Quzanlı qəsəbəsində və Bərdənin Soğanverdilər kəndində bəzi evlərin dam örtüyü uçub.

Paylaş