İranın şimalında 4,4 bal gücündə zəlzələ baş verib.
Biosfer.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib. Yeraltı təkanların episentri ölkənin paytaxtı Tehran şəhərindən 180 kilometr şərqdə, ocağı isə 8 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.