Balıqlar necə dincəlir

Google+ Pinterest LinkedIn Tumblr +

Bütün heyvanlar kimi balıqlara da istirahət lazımdır. Balıqların bir çox növündə elə dövr olur ki, bu dövrü yuxu adlandırmaq olar. Bir başqaları isə kiçik zaman ərzində qeyri-aktiv vəziyyətə keçirlər.

Biosfer.az xəbər verir ki, balıqların çoxu suda öz vəziyyətlərini saxlamaq üçün istirahət etdikləri zaman da üzgəclərini hərəkət etdirir. Balıqların göz qapaqları olmadığı üçün, onlar yatan zaman gözlərini yuma bilmir. Ancaq görünür ki, yatan zaman balıqlar gördüklərini duya bilmir. Balıqların bir çoxu suyun dibində qarnı və böyrü üstündə, bir başqaları isə suyun orta təbəqələrində üfüqi vəziyyətdə yatırlar.

Paylaş