Nyu-Yorkdakı Botanika bağında ənənəvi səhləb çiçəyi sərgisi açılıb.
Biosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, artıq 16-cı ildir ki, keçirilən sərgidə səhləb çiçəyinin 7 mindən çox növü nümayiş olunur. Sərginin dizayneri 63 yaşlı belçikalı florist Daniel Ostdur.
“Səhləb çiçəkləri yerdə deyil, digər bitkilərin üstündə bitir, onlar floristlərin ideyalarına uyğun şəkildə düzülməyə öyrəşməyib”, – deyə o bildirib. O, gülləri ayırmadığını desə də, səhləb çiçəyini botanika aləminin kralıçası adlandırıb. Daniel Ost bütün dünyada güllərdən düzəltdiyi instalyasiyalarla məşhurdur.
XVI səhləb çiçəyi sərgisi aprelin 22-dək davam edəcək. Səhləbin 30 min yabanı, 150 min hibrid növü var. Onun ən rəngarəng növləri hibrid yolu ilə yetişdirilir. Səhləb Antarktidan başqa dünyanın hər yerində bitir.