Rumıniyada 3,9 bal gücündə zəlzələ olub.
Biosfer.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 02:22-də qeydə alınan yeraltı təkanların episentri paytaxt Buxarestdən 128 km şimalda, ocağı isə 125 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.