AMEA Zoologiya İnstitutunda respublika ərazisində yayılmış bal arısı cinsləri, onların zərərverici və xəstəliklərinin ətraflı tədqiqi planlaşdırılır.
Akademiyadan Biosfer.az-a verilən məlumata görə, bu məqsədlə institutun Ağsu Təcrübə Dayaq Məntəqəsində yerləşdirilmiş arı ailələri müntəzəm olaraq mütəxəssislər tərəfindən nəzarətdə saxlanılır. İnstitutun Tətbiqi Zoologiya Mərkəzinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Barat Əhmədov bu günlərdə Dayaq Məntəqəsində olub, arıların qışlamadan çıxma vəziyyətini yoxlayıb, o cümlədən yaza hazırlıq işlərini həyata keçirib və lazımi profilaktik tədbirlər görüb.
Eyni zamanda arı ailələrində xəstəliklərin laboratoriya şəraitində müayinəsi üçün nümunələr götürülüb.