Ötən il balıq ehtiyatlarının mühafizəsi üzrə 100 protokol və 172 akt tərtib olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentindən Biosfer.az-a bildirilib ki, 2017-ci ildə su bioloji resurslarına vurulmuş ziyanla bağlı 51 min 229 manat məbləğində iddia qaldırılıb. 6 iş rayon məhkəmələrinə, 85 iş isə cinayət xarakterli olduğuna görə hüquq mühafizə orqanlarına göndərilib.