İranda zəlzələ olub.
Biosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Tehran Universiteti Geofizika İnstitutunun Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar Kirman əyalətinin şimalında yerləşən Raver şəhərində 4,9 bal gücündə qeydə alınıb.
Zəlzələnin ocağı 22 km dərinlikdə yerləşib.