Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elmi-Texniki Şurasının növbəti iclası keçirilib.
Biosfer.az xəbər verir ki, Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli gündəliyi elan edəndən sonra geologiya-minerologiya elmləri doktoru, professor Adil Əliyev ölkəmizdə palçıq vulkanlarının aktivləşməsi mövzusunda məruzəsini təqdim edib.
Seysmologiya şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru Tahir Məmmədli şöbələr üzrə illik iş planlarının təsdiq edilməsi və elmi-tədqiqat işlərinin gedişatı haqqında ətraflı məlumat verib.
İclasda, həmçinin gündəliyə daxil olan elmi seminarların iş planının təsdiqi, mərkəzdə çalışan bakalavr, magistr, dissertant və mühəndis-texniki işçilərə bu il keçirilməsi nəzərdə tutulan ixtisas və xarici dil kursları üzrə tədris proqramının təsdiq edilməsi məsələlərinə də baxılıb.