Papua-Yeni Qvineyada güclü zəlzələnin nəticəsi: 125 nəfər öldü, 35 min insan…

Google+ Pinterest LinkedIn Tumblr +

Papua-Yeni Qvineyada baş vermiş güclü zəlzələ nəticəsində azı 125 nəfər həyatını itirib.

Biosfer.az TASS-a istinadən xəbər verir ki, təbii fəlakət fevralın 26-da baş versə də, rəsmi məlumat hələ indi yayılır. Sauzern-Haylends əyalətində 45 nəfər, Hela əyalətində isə 80 nəfərin öldüyü bildirilir. Eyni zamanda 35 mindən çox insan evsiz qalıb.

Ölənlərin sayının artacağı gözlənilir.

Avstraliyalı seysmoloqların məlumatına görə, fevralın 26-da Yeni Qvineya adasının şərqində 7,5 maqnituda zəlzələ baş verib. Onun ocağı yerin 9 km dərinliyində olub.

Paylaş