Qabanların miqrasiyasının qarşısını almaq üçün sərhəddə hasar tikiləcək

Google+ Pinterest LinkedIn Tumblr +

Polşa qabanların miqrasiyasının qarşısını almaqdan ötrü sərhəddə hasar tikir. Hökumətin qərar layihəsinə əsasən, hasar Kalininqrad vilayəti, Litva, Belarus və Ukrayna sərhədi boyunca uzanacaq.

Biosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu ilin dekabrında Polşanın şərq sərhədlərində hasarın tikintisinə başlanılacaq. Bu, heyvanlar üçün ölüm təhlükəsi yaradan Afrika taununa qarşı mübarizə elementidir. Hasarın ümumi uzunluğu 1200 kilometrdən çox olacaq.

Sərmayənin ilkin dəyəri 235 milyon zlota qiymətləndirilib.

Layihəyə əsasən, hasar 2020-ci ilin sonuna hazır olacaq. İndiyədək Polşada donuzların Afrika taununa 1500-dən artıq yoluxma faktı qeydə alınıb.

Paylaş