Qarın fəsadları – Xınalıq yolu bağlandı

Google+ Pinterest LinkedIn Tumblr +

Ölkənin şimal regionuna qar yağıb. Dünən gecə saatlarından yağmağa başlayan qar hələ də davam edir. Qarın ən çox yağdığı ərazilər Xızı, Quba və Şabran rayonlarıdır. Xızının Altıağac qəsəbəsinə 10 sm, Qubanın dağ kəndlərinə, əsasən də Xınalığa 25 sm və Şabranın Çuxurəzəmi kəndinə isə 8 sm qar yağıb.

Biosfer.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, qarın yağması bir neçə fəsadlara yol açıb. Xınalıq yolu qismən bağlanıb. Kəndə gediş-gəliş çətinləşib, internet davamlı olaraq kəsilir. Şagirdlərin məktəbə getməsində də çətinliklər yaşanıb.

Paylaş