Yaponiya balıqçılığı tarixində ən iri tuna balığı hərracda satışa çıxarılıb.
Biosfer.az xəbər verir ki, çəkisi 450 kq, uzunluğu 2,74 m olan tuna ovlanan bu növ balıqların mütəmadi qeydiyyatının aparıldığı 1949-cu ildən tutulan ən ağır çəkili tuna olub.
Balıq auksionda 7,15 milyon yen – təqribən 67 min dollara satılıb.
Tuna martın 9-da Honsü adasından 555 km cənubda, Oqasavara adalarında ovlanıb. Balıqçılar tunanı sudan çıxartmağa təqribən 1 saat vaxt sərf ediblər.
Xatırladaq ki, ötən ilin mart ayında Katsuura limanından olan ovçular çəkisi 446 kq, uzunluğu 2,82 m olan tuna ovlamışdılar. (Trend)