Şimal bölgəsinə qar yağır

Google+ Pinterest LinkedIn Tumblr +

Martın 12-si gecə saatlarından Azərbaycanın şimal rayonlarında qar yağmağa başlayıb.

Biosfer.az APA-ya istinadən xəbər verir ki, Quba və Qusarın dağlıq ərazilərində qarın hündürlüyü 2-7 santimetrə çatır. Ən çox yağıntı Qubanın Qırız kəndində qeydə alınıb. Temperatur – 6 dərəcəyədək düşüb.

Qusarın rayon mərkəzində qarın hündürlüyü 2 santimetrdir.

Hazırda qar Quba, Qusar və Xaçmaz rayonları ərazisinə yağmaqda davam edir.

Paylaş