Sirlərlə dolu CRISPR-Cas: GMO heyvanlar necə yaradılır?

Google+ Pinterest LinkedIn Tumblr +

CRISPR-Cas genlərinin redaktorunun kəşfini biologiyada inqilab adlandırırlar.

Biosfer.az xəbər verir ki, alimlər onun köməyilə bitkilərin növlərini və kənd təsərrüfatının inkişafı üçün heyvanların cinslərini yaxşılaşdırmağı vəd edir.

CRISPR – ingilis abbreviaturasıdır, tərcüməsi “müntəzəm qruplaşdırılan qısa palindrom təkrarlar” deməkdir. Mahiyyət etibarilə bu, bakteriofaq viruslarının kiçik DNT sahələri olub, bakteriyaların genomlarına yerləşdirilir.

İlk dəfə ağ siçanların üzərində aparılan təcrübələr göstərdi ki, balalamayan dişi siçanın yumurtalığında başqa siçanın balasını yetişdirmək mümkündür.

Qeyd edilir ki, siçanların genomları insan genomlarına yaxındır. Ümid etmək olar ki, CRISPR-Cas-ın köməyi ilə insanlarda və digər canlılarda genomların öyrənilməsi prosesi daha sürətlə gedəcək. Yaxın gələcəkdə Rusiya bioloqları kənd təsərrüfatı üçün daha yaxşı cinsdən olan geni dəyişdirilmiş (modifikasiya edilmiş) mal-qara yetişdirəcəklər.

Alimlərin fikrincə, CRISPR-Cas fantastik gücə malik alətdir və o, istənilən geni dəyişdirməyə qadirdir. Hazırda elmin qarşısında duran mühüm vəzifə – məməlilər kimi mürəkkəb varlığın necə işləməsini başa düşməkdir. Bəs bu, tibbə nə verəcək? Toxum hüceyrəsini redaktə edib geni modifikasiya edilmiş siçanlar almaq artıq mümkündür, lakin yaşlı heyvanın (hələ insandan söhbət getmir) genini dəyişmək o qədər də asan deyil. İnsana gəldikdə isə, alimlər CRISPR-Cas-ın köməyilə gələcəkdə insanın fəaliyyətini itirmiş və ya xəstə genini “söndürməklə” onun iş qabiliyyətini artıra biləcəklər. Xərçəng xəstəliyi ilə mübarizədə isə hələ ki, bu genom amili gücsüzdür. Əgər insanda mutant geni aşkar edilirsə, o artıq orqanizmin bütün toxumalarındadır. Onların hamısını dəyişmək qeyri-mümkündür. Hər mutasiyalı toxuma isə təhlükə mənbəyidir.

Paylaş