Qlobal istiləşmə: kral pinqvinləri təhlükədə

Google+ Pinterest LinkedIn Tumblr +

Alimlər artan qlobal istiləşmənin kral pinqvinləri üçün təhlükəli olması barədə xəbərdarlıq ediblər.

Biosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, araşdırmada tədqiqatçılar iqlim dəyişikliyinə mane olacaq tədbirlər görülmədikcə kral pinqvinlərin təhlükədə olacağına diqqət çəkiblər.

Tədqiqatçılar qlobal istiləşmənin təsiri ilə həmin canlıların Şimal Buzlu Okeanında yaşayış yerlərinin daralmasının onların populyasiyalarının dağılmasına və pinqvinlərin yemi bol olan sahələrdən uzaqda yumurta qoymasına səbəb olduğunu deyiblər. Nəticədə yumurtadan çıxan balaların ərzaq tapması çətinləşir.

Araşdırmalar onu göstərir ki, kral pinqvinlərin 70 faizi istixana qazı emissiyalarının təsiri nəticəsində bu əsrin sonunadək ya yerlərini dəyişdirəcəklər, ya da məhv olacaqlar.

Paylaş