Floranın mühafizəsi üzrə 1037 akt və 382 protokol tərtib olundu

Google+ Pinterest LinkedIn Tumblr +

Ötən il floranın mühafizəsi üzrə (yaşıllıq) 1037 akt və 382 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 122 müddətli “məcburi göstəriş” verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentindən Biosfer.az-a bildirilib ki, 2017-ci ildə qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə, 391 iş üzrə 419300 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 207 iş üzrə 722254,37 manat məbləğində iddia qaldırılıb. Hüquq mühafizə orqanlarına göndərilən 355 işdən 123-nə, icra qruplarına göndərilən 209 işdən 83-nə, məhkəmələrə göndərilən 50 işdən 13-nə baxılaraq müvafiq tədbirlər görülüb.

Paylaş