Ruandada kilsəyə ildırım düşməsi nəticəsində azı 16 nəfər həyatını itirib, onlarla insan isə xəsarət alıb.
Biosfer.az xəbər verir ki, faciə ölkənin cənubunda yerləşən Nyarüquru yaşayış məntəqəsində qeydə alınıb. On altı nəfərdən əksəriyyəti hadisə yerində keçinib, daha 140 nəfər xəstəxanaya yerləşdirilib.