Meqapolisdə yaşayanlar kənd sakinləri ilə müqayisədə daha çox dəri xəstəliyindən əziyyət çəkir. Bu nəticəyə Cənubi Koreyanın bir neçə elmi laboratoriyasında çalışan alimlər gəlib.
Biosfer.az xəbər verir ki, onların araşdırmalarının nəticəsi “Science Advances” jurnalında dərc olunub.
Əvvəllər dəri xəstəliklərini əsas mənbəyi kimi çirklənmiş hava göstərilirdi. Ancaq bu tip xəstəliklərin səbəbi hələ də tam öyrənilməyib.
Tədqiqatçılar Çinin 5 şəhərində yaşayan 231 qadının dərisindən nümunə götürərək, mikroorqanizmləri təhlil edib. Bu şəhərlərdən üçü böyük, ikisi isə meqapolis olub.
Araşdırma nəticəsində məlum olub ki, meqapolisdə yaşayan qadınların dərisində mikroorqanizmlər daha azdır. Bu isə o deməkdir ki, dəridə mikroorqanizm nə qədər çoxdursa, həmin insanlarda dəri xəstəliyinə yoluxma riski bir o qədər azdır.
Bir müddət əvvəl ABŞ-ın İllinoys ştatındakı Şimali-qərbi universitetin dermatoloqları üzü bahalı kosmetik vasitələrədən və plastik əməliyyatdan istifadə etmədən cavanlaşdırmağın sirrini tapmışdı. Bunun üçün gündə yarım saat üz gimnastikası etmək kifayətdir.