Türkiyənin Aydın vilayətinin Nazilli qəsəbəsindəki məhəllələrin birində quduz olduğu ehtimal edilən pişik iki qadını dişlədikdən sonra ev heyvanlarına hücum edib.
Biosfer.az Haberler.com-a istinadən xəbər verir ki, pişiyin hücumuna məruz qalan qadınlar çətinliklə də olsa, canlarını qurtara biliblər.
Sakinlərin şikayəti əsasında məhəllədə altı aylıq karantin elan edilib.
Hazırda digər heyvanlar arasında quduzluğun olub-olmaması araşdırılır.