Türkiyənin şərq vilayətlərindən olan Ordu, Giresun, Trabzon, Hakkari, Bitlis, Siirt və Şırnakda güclü yağışlardan sonra sel təhlükəsi gözlənilir.
Biosfer.az xəbər verir ki, meteoroloqlar güclü yağışların hələ yaxın günlərdə də davam edəcəyini proqnozlaşdırıblar.
Məlumatda qeyd olunur ki, adı sadalanan vilayətlərdə yağışla yanaşı, qarın da yağması gözlənilir.