Avropanı soyuq dalğası ilə bürüyən güclü siklon təkcə insanlara deyil, heyvanlara da öz mənfi təsirini göstərib. Temperatur dəyişkənliyini dəniz canlıları daha çox hiss ediblər.
Biosfer.az xəbər verir ki, Böyük Britaniyanın Cənub-Şərq sahillərində əsl fırtına baş verib: qasırğadan sonra sahil on minlərlə dəniz ulduzları, balıqlar, molyuskalar və digər dəniz canlıları örtülüb. Yerli sakinlər heç vaxt belə halla qarşılaşmayıblar.
Şərqdən gələn soyuq hava kütləsi okeanın hərarətinin bir neçə gün ərzində +5 °C-dən +2 °C-yə düşməsinə səbəb olub, lakin dəniz canlıları üçün bu fərq kritik olub. Onlar kütləvi şəkildə isti yerlər axtarışına başlamış və bu zaman baş verən güclü qasırğa onları sahilə atıb.
Ekoloji fəlakət yerinə gələn bioloqlar çimərlikdə təkcə balıqların 24 növünü müşahidə edib. Bütün dəniz ulduzları məhv olub.