Köpək balıqları Floridaya “hücum çəkdi” – VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

Floridanın Palm-Biç kurort şəhərinin qonaqpərvər və ilıq suları nəinki insanları, eləcə də nəhəng köpək balıqlarını cəlb edir.

Biosfer.az xəbər verir ki, minlərlə qara köpək balığı Karolina ştatından bu ilıq sahillərə yan alıb.

Floridanın Atlantik Universitetinin əməkdaşı Stiven Kadjiura balıqların sensor biologiyasını öyrənir və artıq 8 ildir ki, köpək balıqlarını müşahidə edir. O, qeyd edir ki, bu il köpək balıqları sürülərinin sayı əvvəlki illərdəkindən xeyli azdır: “Ötən il biz cənuba miqrasiya edən köpək balıqlarının sayının xeyli azalmasının şahidi olduq. Əslində onlar o qədər az idi ki, biz onların çoxalmasını əvvəlki illərdə olduğundan üç dəfə az qiymətləndirdik. Biz əmin olmaq istəyirik ki, bu “köçəri quşlar” Cənubi Floridaya birdəfəlik qayıdıb. Çünki bu, baş verməzsə, region nəhəng ekoloji zərbəyə məruz qalar”.

Paylaş