İranın Kirman əyalətində 5,4 bal gücündə zəlzələ baş verib.
Biosfer.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Kəhnuc şəhərindən 16 km şimal-şərqdə, ocağı 28 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur.